“Üzən mina” hədəfinə artilleriya atışları keçirilib - Video

“Üzən mina” hədəfinə artilleriya atışları keçirilib - Video
  05 Avqust 2017    Oxunub:1134
"Dəniz Kuboku - 2017" müsabiqəsi çərçivəsində “Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, beynəlxalq hakimlər briqadasının qərarına görə bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı, ikinci yerə 48 xalla Azərbaycanın “G-124” gözətçi gəmisinin ekipajı, üçüncü yerə 46 xalla Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yerə 44 xalla İranın “Cövşən” raket katerinin ekipajı layiq görülüb.



AzVision.az


Teqlər: Dəniz-Kuboku-2017  





Xəbər lenti