Yol polisi ilə sürücü arasında mübahisə - Yeni detallar (VİDEO)

Yol polisi ilə sürücü arasında mübahisə - Yeni detallar (VİDEO)
  06 Avqust 2017    Oxunub:12039
Ötən gün sosial şəbəkələrdə yayılan, Binəqədi rayonunda xidmət aparan yol polisi ilə bir vətəndaş mübahisəsinin yeni detalları üzə çıxıb.
Yol polisi redaksiyamıza əslində həmin avtomobilin hansı səbəbdən saxlanıldığını göstərən video kadr təqdim edib. Polisdən 102 qaynar xəttinə şikayət edən vətəndaşla həmin mübahisədə iştirak edən yol polisi redaksiyamızda görüşüb və problemin hansı səbəbdən yarandığını aydınlaşdırıblar.

Yol polisinin qayda pozuntusuna görə saxladığı avtomobilin sürücüsü sənədlərini təqdim etmir.

Uzun mübahisədən sonra əraziyə post patrul xidmətinin əməkdaşları çağrılır və sürücü polis bölməsinə aparılır. Bir neçə gün öncə Binəqədi rayonunda yaşanmış bu hadisəni ötən gün sizlərə təqdim etmişdik. Bu gün bu hadisənin yeni təfərüatları ortaya çıxıb.

Sosial şəbəkədə yayılan görüntülərdə sürücü Murad Cavadzadə bildirir ki, o yol polisi tərəfindən ödənməmiş cəriməsi olduqu üçün saxlanılıb, o cərimələrini ödəməsinə baxmayaraq avtomobili duracağa aparılıb.

Hadisə iştirak edən yol polis əməkdaşı Samir Məmmədov isə həmin sürücünün, yol ayrıcını keçmə qaydalarını pozduqu üçün saxlanılıqını bildirib və redaksiyamıza bunu sübut edən videokadrlar təqdim edib. O əlavə edib ki, saxlanıldıqdan sonra sürücünün ödənməmiş cərimələrinin olduduğu da aşkarlanıb və maşın cərimə meydançasına aparılıb. O cəriməni ödəsə də, son törətdiyi qayda pozuntusunə görə pratakolun tərtib edilməsi üçün polis əməkdaşlarına sürücülük vəsiqəsini təqdim etməyib.

Bundan sonra sürücüyə yol ayrıcı keçmə qaydalarını pozduğuna görə cərimə yazılıb və onun avtomobili buraxılıb. Bu faktı sürücünün özü də təsdiqləyir.

Bakı şəhər dövlət yol polisinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hadisəylə bağlı vətəndaşın özünündə iştirakı ilə araşdırma aparılıb və polisin hərəkətlərində hər hansı qanunsuzluq aşkarlanmayıb. Bu kimi hadisələr isə polisin böyük vaxt itkisinə səbəb olur. (Xəzər TV)



AzVision.az


Teqlər: DYP   Sürücü  





Xəbər lenti