Hərbi dənizçilərimizin növbəti uğuru - Fotolar

Hərbi dənizçilərimizin növbəti uğuru - Fotolar
  08 Avqust 2017    Oxunub:1325
“Dəniz kuboku-2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.









AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Dəniz-kuboku-2017  





Xəbər lenti