Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir
  11 Avqust 2017    Oxunub:10602
Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq 13.08.2017-ci ildən 22.08.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci ildə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
Bu barədə AzVision.az- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.



AzVision.az


Teqlər: ADY   Bakı-Sumqayıt   Qatar  





Xəbər lenti