Bakıda ağır qəza olub – 1 ölü, 3 yaralı

Bakıda ağır qəza olub – 1 ölü, 3 yaralı
  11 Avqust 2017    Oxunub:2221
Avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti