"Qarabağ" – “Kopenhagen” matçının biletləri satışa

"Qarabağ" – “Kopenhagen” matçının biletləri satışa
  12 Avqust 2017    Oxunub:5712
Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxıb.
AzVision.az Ağdam klubunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN

6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN

9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN

11, 12 və 17, 18 nömrəli sektorlar - 5AZN

13 - 16 və 29, 38 nömrəli sektorlar 10 AZN

VİP - 50 AZN

Kənan Məmmədov
AzVision.az


Teqlər: Qarabağ   ÇL  





Xəbər lenti