“Abituriyent” jurnalının 7-ci nömrəsi çapdan çıxıb
Bu nömrədə, eyni zamanda, həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları göstərilib. Həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumatlar yer alıb.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, eləcə də kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Aytən Zəhra
AzVision.az