Azərbaycanda 6 ayda 7287 ailə boşanıb

Azərbaycanda 6 ayda 7287 ailə boşanıb
  15 Avqust 2017    Oxunub:1697
Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68 885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır.
Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.

Bu ilin birinci yarısında ölkədə 29 477 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

İlin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: DSK   Nikah   Boşanma  





Xəbər lenti