Bakının havası çirklənib

Bakının havası çirklənib
  15 Avqust 2017    Oxunub:1812
Avqustun 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, həmçinin respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, ötən gün atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.3, toz 1.2 his 1.1, furfurolun isə 1.4 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.5, xlor 1.4 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

Avqustun 14-də Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə Kür çayı (Mingəçevir şəhəri), Türyançay (Ağdaş şəhəri), Göyçay (Göyçay şəhəri), Kür çayı (Zərdab şəhəri), Mingəçevir s/a (Mingəçevir şəhəri) müşahidə məntəqələrindən 5 su nümunəsi üzərində aparılmış 30 analiz nəticələri daxil olub. Bu məntəqələrdən daxil olan analiz nəticələrinin təhlilindən suların rəngsiz, qoxusuz, hidrogen göstəricisi və oksigen rejiminin norma daxilində olması müşahidə olunub.

Torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 7 torpaq nümunəsində aparılan 14 fiziki-kimyəvi analizin nəticələri norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazilərdə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 9-10 mkR/saat arasında olub və təbii fon daxilində, Naxçıvan MR ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində, Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-12 mkR/saat arasında olub və təbii fon daxilində, Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 9-23mkR/saat arasında, (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 9-19 mkR/saat arasında olub və təbii fon daxilində, Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

AzVision.az


Teqlər: Hava   Nazirlik  





Xəbər lenti