“Qarabağ” ÇL səddini aşır – KARİKATURA

  16 Avqust 2017    Oxunub : 9447
“Qarabağ” ÇL səddini aşır – KARİKATURA

Azərbaycanın “Qarabağ” futbol klubu tarixdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün real şans qazanıb.

Dünən Bakıda Danimarkanın “Kopenhagen” klubunu 1:0 hesabla məğlub edən “Qarabağ” hər baxımdan rəqib komandadan daha güclü oyun ortaya qoyub. Hər kəs inanır ki, əgər səfərdə də bu cür oynasa, “Qarabağ” futbol tarixmizdə bir ilkə imza atacaq.

Beləliklə, Avropa Çempionlar Liqasının qrup mərhələsi ilə Azərbaycan futbolunun arasında indiyə qədər mövcud olan keçilməz sədd dağılmaq üzrədir.


Teqlər: #Qarabağ   #Çempionlar-Liqası