Barselonadakı terrorda azərbaycanlı yaralanıb? - Rəsmi AÇIQLAMA

  18 Avqust 2017    Oxunub : 841
Barselonadakı terrorda azərbaycanlı yaralanıb? - Rəsmi AÇIQLAMA

Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinnə görə, səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir: “Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcəkdir”.

AzVision.az

Teqlər: İspaniya   XİN   Terror   Barselona