Arzusu dünyada məşhur olmaq idi... – Çayda batan Adilxanın FOTOLARI

Arzusu dünyada məşhur olmaq idi... – Çayda batan Adilxanın FOTOLARI
  19 Avqust 2017    Oxunub:43211
Ötən gün Katex çayının Balakən rayonundan keçən hissəsində batan 1993-cü il təvəllüdlü Nuriyev Adilxan Nəzirxan oğlunun cəsədi bu gün səhər saatlarında tapılıb.

AzVision.az-ın məlumatına görə, 24 yaşlı Adilxan fotoqraf işləyirmiş. O, fəaliyyəti dayandırılan “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.
Adilxan evin tək oğul övladı olub. Onun ikinci kursda təhsil alan bacısı bir neçə il əvvəl ağır xəstəlikdən dünyasını dəyişib.

“Onun ən böyük arzusu dünyada tanınmış fotoqraf olmaq idi. Öz işini sevirdi. Adilxan Bakıdan olan bir nəfərin fotolarını çəkmək üçün həmin şəlaləyə gedib. Şəlalənin yanında onun fotolarını çəkib. Birdən ayağı sürüşüb və hündür təpədən şəlalənin dibinə yıxılıb. Saatlarla aparılan axtarışlardan sonra onun meyiti bu gün səhər saatlarında tapılıb. Həmin şəlalə bir neçə dəfə ölümə səbəb olub” - Adilxanın yaxınları deyib.

Dostları arasında Adil kimi tanınan Adilxan evil olub. Onun bir neçə ay əvvəl oğul övladı dünyaya gəlib.

“Adil ata olduğunu eşidəndə çox sevinmişdi. Rayonda hamı onun ailəsinə hörmət bəsləyir. Çox tərbiyyəli oğlan idi. Bu hadisə hamımızı dəhşətə gətirib. Ailəsi onun ölümünə inana bilmir”.

































Hafiz Əhmədov
AzVision.az


Teqlər: Balakən   Katex   Fotoqraf  





Xəbər lenti