İxtisas seçimi başa çatıb

İxtisas seçimi başa çatıb
  21 Avqust 2017    Oxunub:1202
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a bildiriblər ki, ixtisas seçimi avqustun 15-dən 20-dək aparılıb. Bu il ali məktəblərə keçirilən yerləşdirmənin nəticəsində qəbulolma 85,37 faiz təşkil edib. Birinci mərhələnin nəticəsinə görə, 6 min 242 yer boş qalıb. Dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3 min 663, özəl ali təhsil müəssisələrində isə 2 min 579-dur.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti