Nazirlik abituriyentlərə müraciət etdi

Nazirlik abituriyentlərə müraciət etdi
  21 Avqust 2017    Oxunub:1065
Səhiyyə Nazirliyi Azərbaycan Tİbb Universitetində tələbə adını qazanmış abituriyentlərə müraciət edib.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, avqustun 15-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesinə başlanıb. Sənəd qəbulunun sadə keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, forması əvvəlcədən ATU-nun rəsmi internet saytında və Facebook səhifəsində yerləşdirilib. Tələbə adını qazanan gənclər qeydiyyata dair suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar.

Eyni zamanda, abituriyentlər universitetdə qeydiyyatla bağlı yaradılmış Qaynar Xətt telefon nömrəsi ilə də əlaqə saxlamaqla onları maraqlandıran məsələlərə aydınlıq gətirirlər.

I kurs tələbələrinin qeydiyyatı avqustun 25-ə qədər davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Tİbb-Universiteti   abituriyent  





Xəbər lenti