Samuxda çoxmənzilli binalar təmir olunacaq

Samuxda çoxmənzilli binalar təmir olunacaq
  21 Avqust 2017    Oxunub:1396
Prezident İlham Əliyev Samux rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədilə pul ayırıb.
AzVision.az-ın xəbərinə görə, qeyd olunanlar üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bu vəsaitin 2 milyonu 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri, 1 milyonu isə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

AzVision.az




Teqlər: İlham-Əliyev   Prezident   Samux   Sərəncam  





Xəbər lenti