Azərbaycan Gürcüstana ikinci helikopteri göndərib

Azərbaycan Gürcüstana ikinci helikopteri göndərib
  22 Avqust 2017    Oxunub:1710
Azərbaycan Gürcüstanda Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün ikinci helikopter göndərib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin birinci helikopteri artıq adıçəkilən qoruq yaxınlığında yerləşən Daba kəndində yanğının söndürülməsinə cəlb olunub. Ərazidə əsən güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

AzVision.az


Teqlər: Gürcüstan   Azərbaycan   FHN   Yanğın  





Xəbər lenti