Vasif Talıbov tələbələrlə görüşüb

Vasif Talıbov tələbələrlə görüşüb
  22 Avqust 2017    Oxunub:2781
Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Görüşdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, yüksək bal toplayan tələbələrin valideynləri iştirak ediblər. Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul prosesində yüksək nəticələrə nail olanlar içərisində qızların sayı artmaqdadır. 2017-ci ildə 500-700 arası bal toplayanların içərisində qızların sayı 174 nəfər və ya 60,2 faiz olub. Ümumilikdə, tələbə adını qazanan məzunların isə 784-ü və ya 52,2 faizi qızlar olub.
2017-ci ildə abituriyentlərin 1201-i, yaxud 80 faizi ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər.

Bildirilib ki, 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun “Qızıl”, 6 məzun “Gümüş” medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500-700 arası bal toplayıblar.

AzVision.az


Teqlər: Vasif-Talıbov   Tələbə   Naxçıvan  





Xəbər lenti