Erməni helikopterini vuran Muradov ordudan tərxis olunub

Erməni helikopterini vuran Muradov ordudan tərxis olunub
  22 Avqust 2017    Oxunub:3470
2014-cü ildə erməni helikopterini məhv etməklə məşhurlaşan hərbçi İlkin Muradov hərbi xidmətini başa vurub.
İlkin Muradov AzVision.az-a bildirib ki, 3 illik müqavilə müddəti başa çatdığından ordu sıralarından tərxis olunub.

İ.Muradov qeyd edib ki, bundan sonra mülki həyatda vətənə xidmət edəcək və müəssisələrinin birində çalışacaq.

“Ailəm Neftçala rayonunda yaşayır. Hərbi xidmət yerim Ağdam olduğu üçün məsafə bir qədər uzaq idi”.

Qeyd edək ki, 2014-cü ilin noyabrında düşmənin Mi-24 tipli döyüş helikopterini məhv etdiyinə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlkin Məmməd oğlu Muradov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

İ.Muradov ailəlidir. Bir övladı var.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: İlkin-Muradov   Ordu  





Xəbər lenti