300 nəfərdən çox əlil işlə təmin olunub

300 nəfərdən çox əlil işlə təmin olunub
  22 Avqust 2017    Oxunub:1477
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin ötən dövrü ərzində nazirliyin xətti ilə əlavə olaraq 250 nəfər əlil əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb olunub.

Onlardan 180 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilib. Əlillərin qalan hissəsi isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə təşkil edilən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar.

Həmin kurslarda əlillərə kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, xalçaçılıq, rəssamlıq, tikişçi, mühasib, qənnadçı və s. peşələr öyrədilib. Kursları başa vuranlara peşə sertifikatları alıblar və onların yiyələndikləri peşələr üzrə iş yerləri ilə təmin olunmaları üçün nazirliyin rayon və şəhər məşğulluq mərkəzlərinə tapşırılar verilib.

Qeyd edək ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində əlavə olaraq 300 nəfərdən çox əlil münasib işlə təmin edilib.

AzVision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti