Azərbaycan Gürcüstana texnika və canlı qüvvə göndərib

Azərbaycan Gürcüstana texnika və canlı qüvvə göndərib
  22 Avqust 2017    Oxunub:1321
Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə əlavə texnika və canlı qüvvə yola salıb.

AzVision.az APA-ya istinadla bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və digər texnika, həmçinin canlı qüvvə bu gün Gürcüstana yola salınıb.
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, avqustun 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri yanğınsöndürmə əməliyyatlarında iştirak üçün Gürcüstana göndərilib. Helikopter bu gün səhər saatlarından yanğınsöndürmə əməliyyatlarına qoşulub.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: FHN   Gürcüstan  





Xəbər lenti