“Marca” nəşri “Qarabağ”a görə Azərbycandan üzr istəyib

“Marca” nəşri “Qarabağ”a görə Azərbycandan üzr istəyib
  22 Avqust 2017    Oxunub:1429
“Futbol sərhədləri aşanda” adlı məqalədə Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, "Qarabağ" futbol klubunun isə həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
Azərbaycanın İspaniyadakı səfirliyindən AzVision.az-a verilən xəbərə görə, “Marca” nəşrinin redaksiyası ilə əlaqə saxlanılaraq, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib.

“Eləcə də həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı baş redaktora yazılı müraciət ünvanlanıb. “Qarabağ” futbol klubu da məsələ ilə bağlı “Marca” nəşrinə öz etirazını bildirib. Görülən təxirəsalınmaz tədbirlər və səylər nəticəsində, “Marca” nəşri bu gün adıçəkilən məqalədə müvafiq dəyişikliklər etməklə üzrxahlığını ifadə edib”, - deyə səfirlikdən bildirilib.

AzVision.az


Teqlər: İspaniya   Qarabağ  





Xəbər lenti