Gənc liderlər qlobal problemləri müzakirə edib
Daha sonra gənc liderlər iqlim dəyişikliyinə təsir göstərən problemlərin həlli ilə bağlı təkliflər irəli sürüb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin isə ətraf mühitin mühafizəsi, dövlət idarəçiliyi, insan resursları, iqlim dəyişikliyi ilə bağlı gənc ldierlərin suallarını cavablandırıb.
Məşvərət qruplarında müzakirələr günün ikinci yarısında da davam edib. Şvarzman Kollecinin icraçı direktoru David Panın moderatorluğu ilə keçirilən müzakirələrdə gənclər Çinin dünyada artan rolu haqqında fikri mübadiləsi aparıblar. David Pan bildirib ki, əvvəlki illərlə müqayisədə Çinin iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib, adambaşına düşən ümumdaxili məhsul son illərdə daha da artıb. Son dövrlərdə texnologiya sahəsində baş verən yenilikləri xüsusilə vurğulayan David Pan Çinin bu sahədə böyük pay sahibi olduğunu diqqətə çatdırıb. Gənc liderlər Çində investisiyanın daha çox yatırıldığı sahələr, Çinin müasir dövrdə yürütdüyü iqtisadi siyasət, Çin diasporunun müasir durumu, əlaqələri ilə bağlı məsələləri də müzakirə ediblər.
Müzakirələrdən sonra iştirakçılar bir-birləri ilə təcrübə və fikir mübadiləsi aparıblar.
AzVision.az
Teqlər: