Azərbaycanda test imtahanı ləğv edilir

Azərbaycanda test imtahanı ləğv edilir
  23 Avqust 2017    Oxunub:3347
Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin - sertifikasiya ilə əlaqədar ilk imtahanların oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, imtahanların tarixini elan etməzdən əvvəl dövlət qurumlarından vakant yerlər əldə olunmalıdır.

M.Abbaszadə deyib: “Bu ayın sonunadək müxtəlif dövlət qurumlarından məlumatlar DİM-ə daxil olarsa, sentyabrda dəqiq tarixi elan edə biləcəyik. Dövlət qulluğuna qəbulla bağlı təşkil ediləcək müsabiqədən əvvəl online sınaq imtahanları keçiriləcək. Həmin imtahanların sentyabrın sonlarında təşkili nəzərdə tutulur”.

Azərbaycanda iki ildən sonra yeni növ qəbul və buraxılış imtahanları tətbiq olunacaq deyən Məleykə Abbaszadə bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə müvafiq modellər üzərində müzakirələr aparılır: “Bu da yəqin ki, sentyabr ayında ictimiayyətə təqdim olunacaq”.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti