“Nar Home” TV xidmətindən sərfəli kampaniyalar
B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. Yeni təkliflər müddətsizdir və həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumatı 179 qısa nömrəsinə zəng etməklə, “Nar”-ın “Facebook” və “Instagram” səhifələrinə yazmaqla və ya nar.az internet səhifəsinə daxil olmaqla əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
AzVision.az
Teqlər: