Gürcüstanın Baş naziri FHN-in heyəti ilə görüşüb - Fotolar

Gürcüstanın Baş naziri FHN-in heyəti ilə görüşüb - Fotolar
  26 Avqust 2017    Oxunub:2133
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğundakı meşə yanğınlarının söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Mudafiə Qoşunlarının və Aviasiya dəstəsinin müvafiq yanğınsöndürmə texnika və şəxsi heyətindən ibarət yanğınsöndürmə-xilasetmə dəstəsi onlara həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarının söndürülməsini uğurla davam etdirir.
FHN-in mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Gürcüstan hökuməti azərbaycanlı yanğınsöndürənlərin və xilasedicilərin mürəkkəb relyefə malik ərazilərdəki yanğınların söndürülməsində göstərdikləri fədakarlığı müsbət qiymətləndirir. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin şəxsi heyəti ilə görüşüb. Baş nazir fəlakətlə mübarizədə Gürcüstana göstərdiyi köməyə görə Azərbaycan Prezidentinə, hökumətinə və xalqına minnətdarlığını bildirib.

Görüşdə FHN-in heyətinə təşəkkür edən Giorgi Kvirikaşvili Azərbaycanın Gürcüstandakı təbii fəlakət zonasına helikopter göndərən ilk dövlət olduğunu və bunu yüksək qiymətləndirdiklərini ifadə edib.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfərlik canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfərlik heyət cəlb edilib.

AzVision.az

Qalereya




Teqlər: FHN   Gürcüstan  





Xəbər lenti