Bakı-Quba yolunda hərəkət bərpa edilib - Yenilənib

Bakı-Quba yolunda hərəkət bərpa edilib - Yenilənib
  27 Avqust 2017    Oxunub:5763
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Saat 16:00-dan etibarən hər iki istiqamətdə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

***
(11:56)

Bu gün N saylı hərbi hissənin silah anbarında baş verən partlayışla əlaqədar sürücülərə müraciət edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a bildirib ki, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

"Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar" - DYP rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər: Xızı   DYP   Bakı-Quba  





Xəbər lenti