"Zəhranın atası ev istəyirsə, problem yoxdur..." - İcra başçısı

"Zəhranın atası ev istəyirsə, problem yoxdur..." - İcra başçısı
  28 Avqust 2017    Oxunub:4414
Füzüli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Alxanlı kəndində erməni təxribatı nəticəsində həlak olan şəxslərin ailələrinə verilən evdən imtina edilməsi ilə bağlı şikayətlərə aydınlıq gətirib.
İcra başçısı AzVision.az-a bildirib ki, bu məsələ ilə əlaqədar 2 yaşlı Zəhra Quliyeva və Sahibə Allahverdiyevanın ailə üzvlərini qəbul edəcək.

“Telefon söhbəti olmadığı üçün onlarla üzbəüz görüşəcəyəm. Əgər ölkə başçısı və ya Birinci vitse-prezidentdən ev istəyirlərsə, onlara heç kim mane ola bilməz və ya deyə bilməz ki, istəmə. Burada problemli məsələ yoxdur. Onları qəbul edib, sonra məsələyə münasibətini bildirərəm. Amma deyim ki, həmin şəxslərin kənd şəraitinə uyğun normal evləri, bağları var. Əgər başqa nəsə istəyirlərsə, biz mane ola bilmərik”, - deyə icra başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Ermənistan ordusunun təxribatı nəticəsində ölən 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ailə üzvlərinin Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılması ilə bağlı məlumatlar yayılıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Füzuli   İcra-başçısı   Zəhra   Alxanlı  





Xəbər lenti