Gömrük Komitəsi: Rusiya ilə sərhəddə sıxlıq yoxdur

Gömrük Komitəsi: Rusiya ilə sərhəddə sıxlıq yoxdur
  28 Avqust 2017    Oxunub:1385
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığının yaranmasına dair məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, həmin məlumatlar həqiqətə uyğun deyil. Belə ki, 27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb:

"Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir".

AzVision.az


Teqlər: DGK   Sərhəd  





Xəbər lenti