Xızıda partlamamış hərbi sursat aşkar edilib

Xızıda partlamamış hərbi sursat aşkar edilib
  29 Avqust 2017    Oxunub:1189
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən avqustun 28-də hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Sitalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyətyanı sahəyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.
ANAMA-dan AzVision.az-a bildirilib ki, ümumiyyətlə, 2 gün ərzində 320 min kvadratmetr əraziyə baxış keçirilib, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 259 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti