ABŞ-da yaşayan azərbaycanlılara Xəbərdarlıq

ABŞ-da yaşayan azərbaycanlılara Xəbərdarlıq
  29 Avqust 2017    Oxunub:2587
Azərbaycanın ABŞ-dakı səfirliyi "Harvi" qasırğası ilə bağlı bu ölkədə olan həmyerlilərimizə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Facebook” səhifəsinə məlumat yerləşdirilib.

Qeyd olunub ki, Texas ştatında davam edən "Harvi" qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir:

“Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur”.

AzVision.az


Teqlər: ABŞ   Qasırğa   Azərbaycan  





Xəbər lenti