Dəmiryolu gücləndirilmiş iş rejimində işləyəcək

Dəmiryolu gücləndirilmiş iş rejimində işləyəcək
  29 Avqust 2017    Oxunub:1588
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

"Eyni zamanda, Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: ADY  





Xəbər lenti