Məmmədyarov Macarıstana səfər edəcək

Məmmədyarov Macarıstana səfər edəcək
  30 Avqust 2017    Oxunub:1203
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E.Məmmədyarov avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin toplantısında iştirak etmək üçün Macarıstana səfər edəcək.

Tədbirdə E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Macarıstan  





Xəbər lenti