İki gün meşədə qalan uşağın vəziyyəti normaldır

İki gün meşədə qalan uşağın vəziyyəti normaldır
  30 Avqust 2017    Oxunub:3347
Xəbər verdiyimiz kimi, iki gün əvvəl Quba meşəsində itən 6 yaşlı Natiq Əliyev tapıldıqdan sonra rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Əlyar Sərvərov AzVision.az-a bildirib ki, uşağın vəziyyəti stabildir.
“Onun heç bir problemi yoxdur. Stomatik, nevroloji, psixoloji patologiya da müşahidə olunmayıb. Xırda psixi məqamlar var, onlar da keçəcək. Artıq göstəriş verilib, uşaq bir saatdan sonra evə buraxılacaq. İki gün ərzində meşədə olması onda qalıcı təsirlər qoymayıb. Uşaq itərkən əlində çörək olub və onunla qidalanıb. Üzündə həşarətlar tərəfindən dişləməsinin izləri var. Bu da qorxulu deyil”.

Qeyd edək ki, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşmüşdü. O, bu gün tapılaraq ailəsinə təhvil verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Quba   Xəstəxana   Uşaq   Meşə  





Xəbər lenti