Vergilər nazirinin 12-ci müşaviri - Məmmədovun vəzifə yüksəlişi

Vergilər nazirinin 12-ci müşaviri - Məmmədovun vəzifə yüksəlişi
  30 Avqust 2017    Oxunub:11566
Habil Məmmədov vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri təyin edilib.

Nazirin yüksək vəzifə verdiyi H. Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini də icra edəcək.
Bununla da vergilər nazirinin müşavirlərinin sayı 12-ə çatıb: Ələkbər Məmmədov, Riyad Hüseynov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev, Rahim Əfəndiyev, Habil Məmmədov.

Qeyd edək ki, vergilər nazirinin 12-ci müşaviri Məmmədov Habil Amil oğlu 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. 1995-1997-ci illərdə Qaradağ rayonu üzrə Dövlət Vergi Müfəttişliyində Hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 1997-2000-ci illərdə Nərimanov rayonu üzrə Dövlət Vergi Müfəttişliyi və Xətai rayonu Vergi İdarəsində Nəğd hesablaşmaların aparılması qaydalarına nəzarət şöbəsində müxtəlif vəzifələrdə işləyib.



2000-2002-ci illərdə Səbail rayonu Vergi İdarəsində Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbəsinin rəisi, 2002-2005-ci illərdə müvafiq olaraq Bakı şəhəri Vergilər Departamentində Bəyannamələr şöbəsinin rəisi, Vergi borclarının alınması işinin təşkili şöbəsinin rəisi, Departamentin 2 saylı filialının rəisi, 2005-2007-ci illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi, 2007-2009-cu illərdə Operativ nəzarət idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

Yeni müşavir 2009-2015-ci illərdə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsini tutub.

H.Məmmədov bundan əlavə 2015-2016-cı illərdə Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri-Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi vəzifələrində, 2016-cı ilin fevral ayından Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində çalışıb.

2016-cı ilin noyabr ayından Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi, 2017-ci ilin yanvar ayından Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru vəzifəsini tutub. 2017-ci ilin iyul ayından isə Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsində işləyib.

2017-ci ilin avqust ayından Vergilər nazirinin müşaviri - Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi   Fazil-Məmmədov  





Xəbər lenti