FHN-in helikopteri Gürcüstana köməyə gedib

FHN-in helikopteri Gürcüstana köməyə gedib
  30 Avqust 2017    Oxunub:1002
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus “Ka-32A” helikopteri Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 30-da xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib.

Xatırladaq ki, dünən Gürcüstanın Abastumani kurort şəhəri yaxınlığında yanğın başlayıb. Yanğının 5 hektardan çox sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə canlı qüvvə, texnika və bir helikopter cəlb olunub. Güclü külək yanğının söndürülməsini çətinləşdirir.

Bir neçə gün əvvəl Gürcüstanın Borjomi-Xarqulsk qoruğunda da yanğın baş vermişdi. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.

AzVision.az


Teqlər: FHN   Gürcüstan  





Xəbər lenti