Rusiya gəmiləri Xəzərdə yürüş keçirəcək

Rusiya gəmiləri Xəzərdə yürüş keçirəcək
  01 Sentyabr 2017    Oxunub:1196
Rusiyanın Xəzər Dəniz Donanmasının gəmiləri Xəzər dənizində yürüş keçirəcək.
AzVision.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, yürüş zamanı rus gəmiləri Qazaxıstan və Azərbaycan limanlarına daxil olacaq.

Məlumatda bildirilir ki, Xəzər ölkələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə gəmilər iki ölkənin, o cümlədən Azərbaycanın dəniz limanına daxil olacaq.

Qeyd edək ki, “Veliki Ustyuq” kiçik raket gəmisi və digər gəmilər artıq açıq dənizə çıxıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti