Təbriz meri azərbaycanlı jurnalistlərlə görüşüb - FOTOLAR

Təbriz meri azərbaycanlı jurnalistlərlə görüşüb - FOTOLAR
  01 Sentyabr 2017    Oxunub:2975
⁠⁠⁠İranın Təbriz şəhərinin meri səlahiyyətlərini icra edən Məhəmmədhüseyn İsaqi Azərbaycanlı jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib.
AzVision.az-ın Təbrizdə eyzamiyyətdə olan müxbiri xəbər verir ki, İsaqi ilk olaraq Təbriz bələdiyyəsinin tarixi, həmçinin şəhərdə baş verəcək yeniliklər, həmçinin Azərbaycan - İran əlaqələri barədə məlumatlandırıb.

"İstərdim ki, siz jurnalistlər Təbrizin səfiri olasınız, Azərbaycanda Təbrizin gözəllikləri, qonaqpərvərliyi barədə danışasınız. Bildiyiniz kimi Təbriz 2018-ci il İslam ölkələrinin turist paytaxtı seçilib. 2019-cu il Bakı İslam ölkələrinin turist paytaxtı olacaq. Bu hər iki şəhərin əhəmiyyətini bir daha göstərir. Təbrizdən tək paytaxt Bakıya deyil, Azərbaycanın digər rayonlarına da xeyli turistlər gedir. O, qeyd edib ki, 2018-ci il Təbriz İslam ölkələrinin turist paytaxtı çərçivəsində bir sıra tədbirlər görüləcək və ümid edirəm ki, 2018-ci ildə Azərbaycandan qardaşlarımız, turistlər İrana, xüsusilə Təbrizə qonaq gələcək".

Təbriz şəhər parlamentinin sədri Şəkür Əkbər Nejat: İki millətin bir birinə yaxın olması baxımından mətbuatın rolu müsbətdir. Qardaşlıq da bundan sonra hər zaman müsbət istiqamətdə davam edəcək. Bu işin davam etdirilməsində mətbuatın da rolu az deyil.

Parlament üzvü Niku Xislət də öz növbəsində Təbriz şəhərinin dünyaya tanıdılması baxımından bir çox işlərin görülməsinin vacibliyinə toxunub.

O qeyd edib ki, Təbrizin islam paytaxtı seçilməsi bu baxımdan gözəl imkandır.

Görüşün davamında azərbaycanlı nümayəndə heyətini fikirləri dinlənilib.

Sonda Azərbaycan nümayəndə heyəti ilə şəkillər çəkilib, hədiyyələr təqdim olunub.

Qeyd edək ki, səfər Təbriz şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilib.









Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Təbriz   İran  





Xəbər lenti