Bayram günü Bakıda 2 min nəfər təcili yardım çağırıb

Bayram günü Bakıda 2 min nəfər təcili yardım çağırıb
  01 Sentyabr 2017    Oxunub:2368
Qurban bayramı günü təcili tibbi yardıma müraciətlərin sayında artım qeydə alınmayıb.

Bunu AzVision.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu gün təcili yardım həkimləri adi günlərdə olduğu kimi işləyib.

“Adi vaxtlarda olduğu kimi bu gün təcili yardıma 2 min civarında müraciət daxil olub. Müraciətlər əsasən təzyiq, ürək-damar xəstəlikləri, hamiləlik, həmçinin avtoqəzalarla bağlıdır. Müraciətlərin sayında artım yoxdur, adi rejimində işləyirik”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Təcili-yardım  





Xəbər lenti