Tovuz sakini 15 yaşında tələbə oldu - FOTO

Tovuz sakini 15 yaşında tələbə oldu - FOTO
  05 Sentyabr 2017    Oxunub:2656
2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olan tələbələrdən biri - İsayev Elcan Sabir oğludur. O, 5 dekabr 2002-ci il tarixində Tovuz rayonunun Həsənli kəndində anadan olub.
Hazırda rayonun Dondar Quşçu kəndində yaşayır. ADAU-nun “meşəçilik” ixtisasını seçən E.İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyini əminliklə bildirir.

ADAU-da “meşəçilik” ixtisası yalnız dövlət sifarişli ixtisaslardan biridir.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində respublikada ən yaşlı abituriyent- Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.

AzVision.az


Teqlər: ADAU   Tələbə  





Xəbər lenti