YUNESKO-nun baş direktoru “Guardian”ı təkzib etdi

YUNESKO-nun baş direktoru “Guardian”ı təkzib etdi
  05 Sentyabr 2017    Oxunub:1731
YUNESKO-nun baş direktoru İrina Bokova “Guardian” qəzetində yayımlanan “Azərbaycan 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı məqalədə həyat yoldaşı Kalin Mitrevin çirkli pulların yuyulması və Azərbaycanla bağlı lobbiçiliyə cəlb edilməsi haqqında yazılanlara münasibət bildirib.
AzVision.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Bokova bu məsələ ilə heç bir əlaqəsinin olmadığını bildirib.

O, qeyd edib ki, artıq bununla bağlı “Guardian” nəşrini də məlumat verib.

“BMT-nin agentliyinin baş direktoru olaraq təşkilata üzv dövlətlərin müəyyənləşdirdiyi siyasətə uyğun təşkilatın bütün üzvləri ilə işgüzar münasibətləri inkişaf etdirməyə borcluyam. Azərbaycan da istisna deyil”, - Bokova vurğulayıb.

AzVision.az



Teqlər: Yunesko  





Xəbər lenti