Hərbi hissədə konsert olub

Hərbi hissədə konsert olub
  06 Sentyabr 2017    Oxunub:1391
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində tədbir keçirilib.
İdarədən AzVision.az-a verilən məlumata görə, konsertdə hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.

Tədbirdə Niyam Səlaminin və Səidə Sultanın çıxışları əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanıb. Müğənnilərin ifası onlarda xoş əhval-ruhiyyə yaradıb.

AzVision.az


Teqlər:





Xəbər lenti