Gömrükdən narkotik keçirmək istədi

Gömrükdən narkotik keçirmək istədi
  06 Sentyabr 2017    Oxunub:1288
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və onun çantası yoxlanılıb.

Yoxlama zamanaı çantada olan siqaret qutusunun içərisindəki 7 ədəd siqaretin tütünü boşaldılıb və tütünün arasında 7 həb qırıntısı aşkar edilib. Qırıntılar birləşdirildikdə isə onların üzərində "M 40" yazılmış cəmi 3 ədəd həbdən ibarət olduğu müəyyən edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan 7 həb qırıntısı sintetik narkotik vasitə - metadon dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Gömrük   Narkotik  





Xəbər lenti