Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Ramin Quluzadə vətəndaşlarla görüşəcək
  06 Sentyabr 2017    Oxunub:1289
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 8-də, saat 12:30-da Tovuz şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edə bilər.

Müraciətlər əsasən göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı ola bilər.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 16 55 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefonla (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

AzVision.az


Teqlər: Ramin-Quluzadə  





Xəbər lenti