Bakı metrosu qış rejiminə hazırlaşır

Bakı metrosu qış rejiminə hazırlaşır
  07 Sentyabr 2017    Oxunub:3268
“Bakı Metropoliteni” hər il yeni tədris ilinin başlanması ilə əlaqədar payız-qış qrafikinə keçir. Hazırda metroda bu istiqamətdə hazırlıq işləri görülür.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, bu barədə rəsmi qərar yaxın günlərdə elan olunacaq.

Bakı metrosunun sentyabr ayının 15-dək qış qrafikinə keçməsi gözlənilir.

Qeyd edək ki, hazırda Bakı metrosunda qatarlar yay qrafiki ilə hərəkət edir. İnterval gur saatlarda 2,5, qalan vaxtlarda, əsasən, 3 dəqiqədir. Yay qrafikinin tətbiqi son günlər metro stansiyalarında sıxlığa səbəb olur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro  





Xəbər lenti