Özəl klinikalarda peyvənd təhlükəsi

Özəl klinikalarda peyvənd təhlükəsi
  07 Sentyabr 2017    Oxunub:4684
"Özəl klinikalarda qrip əleyhinə özbaşına peyvənd vurdurmaq düzgün deyil, bunun çox ağır təsirləri olur"

Bunu AzVision.az-a açıqlamasında Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva deyib.
Onun sözlərinə görə, həkim məsləhəti olmadan qrip əleyhinə peyvənd qəbul etmək xəsadlara səbəb ola bilər.

“Qrip insanlar arasında yayılmır. Gərək qrip təsdiq olunsun ki, virusun A, B, C ştampları yayılıb. Beynəlxalq səhiyyə təşkilatı təsdiq etməlidir ki, filan regionda virusun hansı ştampı yayılıb və buna görə insanlar peyvənd olunsun. Lakin kəskin respiratur infeksiyaya qarşı qrip peyvənd elətdirmək, hətta qripin A ştampı yayıldığı halda B ştampını vurmaq olmaz. Bu insanlarda problemlər yarada bilər. Çünki bu peyvəndlərin çox ağır təsirləri olur”.

R.Əliyeva bildirib ki, əgər ölkədə qrip virusunun yayılması təsdiq olunmayıbsa, həmin vaksinin vurulmasının mənası yoxdur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Peyvənd   Klinika   Qrip   Virus  





Xəbər lenti