Benzinin keyfiyyəti ilə bağlı şikayətlər var

Benzinin keyfiyyəti ilə bağlı şikayətlər var
  07 Sentyabr 2017    Oxunub:2807
Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlər var.
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, bu cür şikayətlərin sayı çox deyil: "Ölkəyə idxal edilən benzin Avropa standartlarına uyğundur. Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".

R.Həsənov bildirib ki, şikayətlər əsasən Avro-4 və Avro-5 benzinlərinin köhnə avtomobillərdə istifadəsi zamanı yaranan problemlərlə bağlı olur.

AzVision.az


Teqlər: Ramiz-Həsənov   Benzin  





Xəbər lenti