Məmmədyarov avropalı xanım diplomatla vidalaşdı

Məmmədyarov avropalı xanım diplomatla vidalaşdı
  07 Sentyabr 2017    Oxunub:1166
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə xanım Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov xanım Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Avropa-Şurası  





Xəbər lenti