"Pakistan hər zaman Azərbaycanın yanındadır"

"Pakistan hər zaman Azərbaycanın yanındadır"
  08 Sentyabr 2017    Oxunub:2471
Pakistanın ordu günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə çıxış edən səfir Said Xan Mohmand bildirib ki, 52 il əvvəl - 1965-ci ildə insanlar Pakistanın müdafiəsinə qalxıb.

"Bu gün Pakistan dünyanın nüvə dövlətlərindən biridir. Dünyada ən güclü orduya malik beşinci ölkəyik. Pakistan ordusu bu gün terrorçulara qarşı uğurla mübarizə aparır. Apardığımız mübarizə qlobal təhlükəsizlik və sülhə öz töhfəsini verir. Pakistan Kəşmir münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır".

Səfir qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanındadır və münaqişənin BMT-nin qətnamələri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Pakistan  





Xəbər lenti