Kolleclərə qeydiyyat başlayıb

Kolleclərə qeydiyyat başlayıb
  08 Sentyabr 2017    Oxunub:1349
Bu gündən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar sentyabrın 8‑dən 13‑dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.


Teqlər: kollec   DİM  





Xəbər lenti