Azərbaycan Myanma müsəlmanlarına yardım göndərir

Azərbaycan Myanma müsəlmanlarına yardım göndərir
  08 Sentyabr 2017    Oxunub:3435
Prezident İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

AzVision.az


Teqlər: FHN   Myanma   İlham-Əliyev  





Xəbər lenti